AUT.AZ

Özləri rekord qırır, özləri də yeniləyirlər

“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib.

Aut.az xəbər verir ki, İspaniya təmsilçisi tarixində 7-ci dəfə Avropa Liqasının finalına vəsiqə qazanıb. La Liqa təmsilçisi bununla da özünün sahibi olduğu rekordu yeniləyib.

Andalusiyalılar əvvəllər UEFA kuboku adlanan yarışda 2006, 2007, 2014, 2015, 2016 və 2020 illərdə də finala qədər irəliləyib. İkinci göstəriciyə malik “İnter”in hesabında 5 final var.

Qeyd edək ki, “Sevilya” finalda “Roma” ilə görüşəcək. Qarşılaşma mayın 31-də keçiriləcək.

Exit mobile version