AUT.AZ

Mağazalarda alt paltarı qalmadı – Bu FOTODAN sonra

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland istəmədən moda dünyasında yeni trend yaradıb.

Aut.az  “Daily Mail”-ə istinadən bildirir ki, bütün bunlar Haalandın bir musiqiçi və “Siti” fanatı Noel Qallaherlə çəkdirdiyi şəkildən sonra yaranıb.

Şəkildə Haaland komandasının 26 apreldə “Arsenal” üzərində qələbəsindən sonra Qallaherlə poza verir. Norveçli futbolçunun əynində isə yalnız “Y-fronts” modelindən olan alt paltarı var. Bundan sonra ingilis butiklərində bu modelin kütləvi satışı gerçəkləşib.

Alt paltarına tələbat artıb və satış 45% artıb.  Böyük Britaniyada 200-dən çox mağazanı birləşdirən şəbəkənin nümayəndələri bildiriblər ki, mallar bir neçə gün ərzində sözün əsl mənasında rəflərdən süpürülüb.

Aut.az

Exit mobile version