AUT.AZ

Finalda İtaliya komandası ən yaxşı hədiyyədir – Pep

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real” üzərində qazandığı qələbədən (4:0) sonra fikirlərini bildirib.

 “Biz özümüzü evdə, doğma divarlarımızın arasında inanılmaz dərəcədə rahat hiss edirik. Keçən mövsüm “Real”dan acı məğlubiyyət aldıq. İnsanlar çox deyirlər ki, futbolçularımda xarakter yoxdur. Amma bir il sonra göstərdik ki, bizim xüsusi komandamız var.

Çempionlar Liqasının finalına çıxdıq. Sevinmək lazımdır. Hamı yüksək səviyyədə idi. Bernardo Silva belə mərhələlərdə həmişə yaxşı çıxış edir. O, indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir.

Komanda sakit idi, çox zarafat edirdilər, ona görə də mən heç bir gərginlik və narahatlıq hiss etmədim. Hiss etdim ki, bu gün biz özümüzü göstərməyə hazırıq. İtaliya komandasına qarşı final ən yaxşı hədiyyədir. Bu oyuna ruhən hazırlaşmaq üçün vaxtımız var”, – deyə UEFA-nın mətbuat xidməti Qvardioladan sitat gətirib.

“Siti” iyunun 10-da (İstanbul) finalda “İnter”lə qarşılaşacaq.

Aut.az

Exit mobile version