AUT.AZ

Etiraf etdi: Səhvə yol vermişəm

“Atletiko”nun gənclər komandasının baş məşqçisi Fernando Torres U19 Kral Kubokunun 1/4 final matçında “Real”ın baş məşqçisi Alvaro Arbeloa ilə baş verən insidenti şərh edib.

Aut.az xəbər verir ki, Torres həmkarını itələyərək başını kəsəcəyi ilə hədələyib və buna görə qırmızı vərəqə alıb.

“Videolara baxıram və gördüklərimi bəyənmirəm. Belə vəziyyətlərdə özümü tanımıram, düşünürəm ki, adətən özümü belə aparmıram. Səhv etdiyimi etiraf edirəm.

Davamlı təxribatlarda iştirak etmək səhv idi, xüsusən də əlavə vaxtda komandamı məşqçisiz qoyduğum üçün”.

Aut.az

 

Exit mobile version