AUT.AZ

Dördünü verib, birini istəyir

“Barselona” yayda yarımmüdafiə xəttini səs-küylü transferlə gücləndirmək istəyir.

Aut.az xəbər verir ki, məlumatı AS yayıb. Bildirilir ki, İspaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Coşua Kimmixi sıralarına qatmağa hazırlaşır.

“Real Sosyedad” Martin Subimendini kataloniyalılara satmadığı üçün İspaniya çempionu üzünü Kimmixə çevirib. “Barselona” qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Kimmix də bu keçidə isti yanaşır. “Barselona” hətta “Bayern”i razı salmaq üçün ona Niko Qonzales, Sergino Dest, Ansu Fati və ya Ferran Torresi də təklif etməyə razıdır.

Exit mobile version