AUT.AZ

Bunu bacarsalar, elə məbləğdə mükafat alacaqlar ki…

“Mançester Siti” mövsümü trebllə bitirəcəyi halda, komandanın əsas oyunçuları fantastik məbləğdə mükafat alacaqlar.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilir ki, “Mançester Siti”  Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanacağı təqdirdə, liderlərin hər biri  2 milyon funt sterlinqdən çox bonus alacaq.

Çempionlar Liqasındakı qələbəyə görə 1 milyon, Premyer Liqa çempionluğuna görə 750 min,  İngiltərə Kubokundakı qələbəyə görə isə 300 min funt-sterlinq mükafat nəzərdə tutulub.

Bonuslar elə sistemlə payalanacaq ki, komandadakı gənc oyunçular, eləcə də daha az oyun vaxtı alanlara da pay düşsün.

Aut.az

Exit mobile version