AUT.AZ

Birində sağ baldır, digərində sağ bud

“Barselona”nın müdafiəçisi Ronald Arauxo və yarımmüdafiəçisi Pedri Lopes La Liqanın 35-ci turunda “Real Sosyedad”la keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, hər iki futbolçu oyun üçün iştirak ərizəsinə daxil edilməyib. “Barselona” sağ baldır əzələsində diskomfort yaşayan uruqvaylı və sağ bud nahiyəsində narahatlıq keçirən ispaniyalının zədələri barədə məlumat verib.

“Barselona” – “Real Sosyedad” oyunu mayın 20-də keçiriləcək.

Aut.az

Exit mobile version