AUT.AZ

Atası ora qayıtmasını istəmir

Lionel Messinin atası və meneceri Xorxe oğlunun “Barselona”ya qayıtmasını istəmir.

Aut.az xəbər verir ki, o, övladının problemlərlə üzləşə biləcəyindən narahatdır. Ata Messi İspaniyanın vergi orqanlarının davranışlarından ehtiyat edir.

Messinin dostu və PSJ-dəki komanda yoldaşı Neymarın “Barsa”da çıxış etdiyi vaxtdan ödənilməmiş vergilərə görə uzun sürən məhkəmə çəkişməsi ilə üzləşməsi Xorxeni bu transfer barədə düşünməyə vadar edir. O, Leonun böyük miqdarda vergi ödəməli olacağından narahatdır.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hazırda iki klub – “Barselona” və “Əl-Hilal” onu heyətinə qatmağa çalışır.

Exit mobile version