AUT.AZ

Zöhrə Ağamirova finala yüksəldi

Azərbaycanın iki bədii gimnastı Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda çıxış edib.

Aut.az xəbər verir ki,  Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdiriblər.

Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər ikisində finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.

Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.

Exit mobile version