AUT.AZ

Zəkəriyyə qayıtdı – Günahı sübut olunmadı

Zəkəriyyə Əbuhlal “Tuluza”nın məşqlərinə qayıdıb. Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

“Daxili araşdırma və çoxsaylı müzakirələrdən sonra klub rəhbərliyi futbolçumuz Zəkəriyyə Əbuhlal ilə görüşüb.

Bu görüşün nəticəsində klub belə qənaətə gəlib ki, “RMC Sport”-un təqdim etdiyi faktlar əslində 30 apreldə baş verənləri əks etdirmir.

Bununla da klub aparılan araşdırmanın tamamlandığını və futbolçunun bu gündən etibarən məşqlərə qayıtdığını təsdiqləyir.

Klub əlavə şərh verməyəcək”, – “Tuluza” açıqlamasında bildirib.

Daha əvvəl “RMC Sport” iddia etmişdi ki, Əbuhlal Tuluza merinin müavini Laurens Arribaceyə “Mənim ölkəmdə qadınlar kişilərlə belə danışmırlar, sussan yaxşıdır” deyərək onu aşağılayıb.

Aut.az

 

Exit mobile version