AUT.AZ

UEFA kubokunu qazananda bığını niyə qırxmayıb?

CSKA-nın sabiq yarımmüdafiəçisi Yevgeni Aldonin ordu komandasının keçmiş baş məşqçisi Valeri Qazzaevin 2005-ci ildə Moskva klubunun UEFA Kubokunda qələbəsindən sonra bığlarını qırxmaqdan niyə imtina etdiyini izah edib.

Futbolçu bildirib ki, məşqçi bunu həyat yoldaşına görə etməyib:

“Əlbəttə, ona “kuboku qazansaq bığımı qırxacağam” vədini xatırlatdılar. Amma Valeri Georgieviç bunu daim zarafata çevirirdi, belə deyirdi: “Bığımdan əl çəkin. Arvadım məni bığlı görmək istəyir” (gülür). Həmişə belə deyirdi, ona görə də heç kim təkid etmirdi. Bu, daha çox, komik bir hekayə idi”, – deyə Aldonin bildirib.

Aut.az

Exit mobile version