AUT.AZ

“Traktor” azarkeşləri ilə İran polisi arasında qarşıdurma yaşandı

Təbrizin “Traktor” komandasının azarkeşləri ilə İran polisi arasında qarşıdurma yaşanıb.

Aut.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Hadisə “Esteqlal”a qarşı İran çempionatının sonuncu – XXX tur oyunundan əvvəl paytaxt Tehrandakı “Azadi” stadionunda baş verib.

Qeyd edək ki, “Esteqlal” – “Traktor” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Exit mobile version