AUT.AZ

“Şamaxı” çempion!

Bu gün futzal üzrə Birinci Liqada 2022-2023-cü il mövsümünün final oyunu keçirilib.

Aut.az xəbər verir ki, həlledici matçda “Şamaxı” pley-off mərhələsində “Baku Fire-2”ni mübarizədən kənarlaşdıran MUM-la qarşılaşıb.

Matçın fasiləsinə “Şamaxı” üstün yollansa da, ikinci hissənin start fitindən cəmi 21 saniyə sonra tablodakı rəqəmlər eyniləşdi. Amma 26-cı dəqiqədə Seymurun dirəyin dibinə ötürməsini liqanın bombardiri tora qovuşdurmaqla vəziyyəti komandasının xeyrinə dəyişdi. Beləlilə qələbə qazanan “Şamaxı” liqanın qalibi olub.

Futzal, Birinci Liqa
Final

Şamaxı – MUM (1:0) 3:2
Qollar: Mirkamil Əliyev, 8:54, Elçin İsmayılov, 25:59, Vüsal İsayev, 26:24 // Seymur Usmanov, 15:21 ö/q, Elvin Əlizadə, 28:49

Exit mobile version