AUT.AZ

Rəsmi: Mövsümün sonunda ayrılır – FOTO

“Tottenhem”in braziliyalı cinah oyunçusu Lukas Moura mövsümün sonunda klubu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi “Tvitter” səhifəsi yayıb.

Lukas Moura 2018-ci ilin yayında PSJ-dən 28,4 milyon avroya “Tottenhem”ə keçib. O, ümumilikdə klubda 219 oyun keçirib və 38 qol vurub.

30 yaşlı braziliyalı 2019-cu ildə “Tottenhem”lə Çempionlar Liqasının finalına yüksəlib.

Aut.az

Exit mobile version