AUT.AZ

“Neftçi”nin sabiq futbolçusu keşiş oldu

“Neftçi”nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi “digisport.ro” saytına açıqlama verib.

O bildirib ki, həyatında baş verən problemlər səbəbindən bu addımı atıb: “Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Bunu hiss etdim və dərhal gəldim. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Marian Aliuta “Neftçi”də 2009/2010 mövsümündə çıxış edib.

Exit mobile version