AUT.AZ

Messi Türkiyəyə gəlir: İlk danışıqlar müsbət nəticə verib

Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Qaziantepdə yoldaşlıq oyunu keçirəcəyi gündəmə gəlib.

Aut.az xəbər verir ki, artıq bununla bağlı ilk danışıqlar müsbət nəticə verib. Argentina yığmasının ulduzu Lionel Messinin də xeyriyyə matçı üçün Türkiyəyə gələcəyi bildirilir .

Türkiyə Böyük Millət Məclisində Latın Amerikası və Karib hövzəsi Parlamenti (PARLATİNO) üzrə nümayəndə heyətinin rəhbəri Əli Şahin bu görüşün təşkili ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib.

Şahin “Tvitter” hesabından verdiyi açıqlamada bildirib ki, Türkiyə və Argentina milli komandaları arasında xeyriyyə qarşılaşmasının keçirilməsi ideyası Argentinanın keçmiş vitse-prezidenti Julio Kobosa ilə görüşdə gündəmə gəlib.

Şahin, “Cənab Julio Kobos Argentinaya qayıtdıqdan sonra Argentinanın idman naziri ilə danışaraq təklifi çatdırıb və müsbət cavab alıb” yazıb. Məsələ ilə bağlı Argentina Futbol Federasiyasına da müraciət edildiyini vurğulayan Şahin, Gənclər və İdman Nazirliyinin də federasiyaya məktub göndərəcəyini bildirib.

Aut.az

Exit mobile version