AUT.AZ

Məşhur qapıçı karyerasını bitirir

“Ayaks”ın qapıçısı Marten Stekelenburq cari mövsümün sonunda karyerasını başa vuracaq.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi sytı məlumt yayıb.

40 yaşlı qolkiperlə vida mərasimi Erediviziyanın 33-cü turu çərçivəsində – mayın 21-də keçiriləcək “Ayaks” – “Utrext” oyununda olacaq.

Stekelenburq “Ayaks”ın yetirməsidir, 2002-ci ilin avqustunda bu komandada debüt edib. Amsterdam klubunun tərkibində 4 dəfə Hollandiya çempionatının və ölkə kubokunun qalibi olub.

Stekelenburq karyerası ərzində “Roma”, “Everton”, “Sauthempton”, “Fulhem” və “Monako”da da çıxış edib. O, Hollandiya millisində 63 oyun keçirib.

Aut.az

Exit mobile version