AUT.AZ

İngilisləri “Yuve”yə qatdı, “Yuve”ni ingilislərə

“Fiorentina”nın sahibi Rokko Komisso hesab edir ki, Premyer Liqa klubları transfer bazarında vəziyyəti mürəkkəbləşdirir.

“Mən 850 nəfərə pul verməliyəm. Bura futbol məktəbləri daxil deyil. Mənim böyük məsuliyyətim var. Əsas problem gəlir çatışmazlığıdır.

Həm “Milan”, həm də “İnter” “Fiorentina”dan daha çox gəlir əldə edərkən xərcləri azaltmaq istəyir. Mən ildə 40 milyon itirə bilmərəm. “Fiorentina” heç vaxt maliyyə problemi yaşamayacaq. Premyer Liqa klubları transfer bazarını korlayırlar.

Onlar “Yuventus”un etdiklərini edirlər – oyunçulara layiq olduqlarından daha çox pul ödəyirlər. Biz Kyeza, Vlahoviç və Bernardeski kimi oyunçuları buraxdıq. Amma onlar Turinə forma üçün yox, pul üçün gedirlər.

“Çelsi” on ikinci yeri tutmaq üçün milyonlar xərcləyib. Amma mən heç olmasa heç nə xərcləməmişəm”, – Rokko Komisso deyib.

Aut.az

 

Exit mobile version