AUT.AZ

Hamı bundan danışır: İlk dəfə İstanbul finalında… – FOTO

Artıq Çempionlar Liqasında finalçılar bəllidir. İyunu 10-da İstanbulda keçiriləcək final qarşılaşmasında “Mançester Siti” ilə “İnter” üz-üzə gələcək.

Bu qarşılaşmanı xüsusi edən bir məqam var. Belə ki, ilk dəfə Çempionlar Liqasının finalında iki türk futbolçu bir-birinə qarşı oynayacaq.

Türkiyə yığmasının üzvü Hakan Çalhanoğlu “İnter”in, türk əsilli alman futbolçu İlkay Gündoğan isə “Mançester Siti”nin heyətində meydana çıxacaq.

Bu fakt hər kəsin diqqətini cəlb edib və sosial medialarda geniş müzakirə olunur.

Aut.az

Exit mobile version