AUT.AZ

“Bazel” yenə də təəccübləndirəcək?

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, ilk matçda gözlənilmədən “Bazel”ə məğlub olan “Fiorentina” İsveçrədəki görüşdə geridönüş etməyə çalışacaq.

Yarımfinalın digər oyununda isə “Vest Hem” Niderlandda “AZ Alkmaar”la qarşılaşacaq. Londonda qalib olan “çəkicdöyənlər” səfərdə üstünlüyünü qorumağa çalışacaq.

UEFA Konfrans Liqası: 1/2 final, cavab oyunları
18 may
23:00 Bazel – Fiorentina (ilk oyun – 2:1)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, “Sankt-Yakob Park” stadionu

23:00 AZ Alkmaar – Vest Hem (ilk oyun – 1:2)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu.

Exit mobile version