AUT.AZ

Arteta, Emeri, Qvardiola…

İngiltərə Premyer Liqası mövsümün ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıda 6 namizəd var:

Mikel Arteta (“Arsenal”), Roberto De Dzerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”), Pep Qvardiola (“Mançester Siti”), Eddi Hau (“Nyukasl”) və Mark Silva (“Fulhem”).

Qalib, azarkeşlərin və futbol mütəxəssislərinin səsverməsi ilə müəyyən olunacaq. Premyer Liqanın saytında səsvermə mayın 22-dək davam edəcək və qərar 30-da açıqlanacaq.

Aut.az

 

 

 

 

 

Exit mobile version