AUT.AZ

Anasını silahla hədələdilər, avtomobilini qaçırtdılar

Avstraliyalı tennisçi Nik Kirios Fransa Açıq çempionatını buraxacağı bildirilib.

Aut.az xəbər verir ki, bunun səbəbi bəlli olub. Bu barədə tennisçinin agenti Daniel Horsfoll məlumat verib.

O bildirib ki, mayın 1-də 28 yaşlı Kirosun anası silahlı quldurluğun qurbanı olub. Nəticədə cinayətkar Nikin “Tesla” avtomobilini ələ keçirib. Tennisçi, cinayət yerindən elektromobillə qaçmağa çalışan soyğunçunun tutulmasında polisə kömək edib. Lakin ayağını da ciddi şəkildə əzib.

“Biz bunun necə baş verdiyini dəqiq bilmirik. Bu, onun qayıdışını 2,5 həftə gecikdirdi. Nikin dönüşünün “Rolan Qarros”da baş tutacağına ümid var idi, amma bu hadisə mane oldu”, – Horsfoll deyib.

Aut.az

 

Exit mobile version