AUT.AZ

“Real”ın futbolçuları formalarını niyə iyləyirlər? – ŞOK SƏBƏB – FOTO

Diqqətinizi çəkməmiş olmaz, “Real”ın oyunçuları müntəzəm olaraq köynəklərini iyləyirlər.

Qeyri-adi görünür, amma sadədir: məşqçilər korpusu futbolçulara burun tutulmasını aradan qaldırmaq üçün formalarına mentollu məlhəm sürtməyi tövsiyə edir.

Keçən mövsüm hər kəsin diqqətini bu epizod çəkmişdi: Vinisius barmağını maza batırıb köynəyinə sürtürdü.

Kremdən əzələ ağrılarını aradan qaldırmaq üçün də istifadə olunur. “Real”ın fizioterapevtlərinin, bəzən onu oyunçuların bədəninin yuxarı nahiyələrinə sürtdüklərini görmək olar. Bəzi futbolçular isə mentol qoxusunu o qədər bəyənirlər ki, birbaşa məlhəmin qabından nəfəs alırlar.

“Marca” “Mançester Siti” – “Real” arasında ÇL-in yarımfinalında keçirilən oyunda  bu məlhəmi xatırladıb. Məlhəm “Vicks VapoRub” adlanır. Bu məlhəmdə orqanizmə mənfi təsir edəcək heç nə yoxdur. Tərkibində kamfora, skipidar, mentol, evkalipt yağı, timol və qoz yağı var. Evkalipt qan damarlarını genişləndirir, qan dövranını və ağciyərlərə oksigen çatdırılmasını yaxşılaşdırır ki, bu da gərgin oyun zamanı tələb olunan şeydir. İstehsalçı yazır: “Dərman buxarları burun və ağızdan daxil olur, nəfəs almağı asanlaşdırır”.

“VapoRub” istənilən Avropa ölkəsinin apteklərində satılır. “Real”ın oyunçuları matç başlamazdan əvvəl beş nəfərdən ibarət qruplara bölünərək mazı formanın üzərinə sürtürlər.

Aut.az

Exit mobile version