AUT.AZ

Qumar oynamağın aqibəti: futboldan uzaqlaşdırıldı

“Brentford”un hücumçusu Ayvan Toni səkkiz ay müddətinə futboldan və futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin jurnalisti Pol Coys “Twitter” hesabında yazıb.

Mənbənin sözlərinə görə, qadağa 2024-cü il yanvarın 16-da başa çatacaq. Toni 58 min avro cərimə ödəyəcək.

“Brentford”un hücumçusu futbola mərc edərkən yaxalanmışdı.  Toninin şəxsən etdiyi iki yüzdən çox mərc hadisəsi təsdiqlənib.

Xatırladaq ki, İngiltərədə idmançılar, o cümlədən klub işçiləri üçün mərc etmək qadağandır.

Bu mövsüm ingilis hücumçu “Brentford”un heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version