AUT.AZ

Millimizin üzvü gümüş medal qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının “A” Yüksək Liqasının ikincisi olub.

Aut.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu “Severyanka” (Çerepoveç) son qarşılaşmada “Lokomotiv-2” kollektivi ilə üz-üzə gəlib.

Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi “A” Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.

Exit mobile version