AUT.AZ

İtaliyanın müdafiə erası bitir: O gedir

Leonardo Bonuççi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Aut.az xəbər verir ki, “Yuventus”un 36 yaşlı müdafiəçisi bu barədə özü məlumat verib. O, 2024-cü ilin yayında futboldan gedəcəyini bildirib:

“Gələn il karyeramı bitirsəm, İtaliyanın müdafiə erası, tərzi başa çatacaq. Ən böyüklərlə bərabər olmaq, qürur duymaq üçün əla səbəbdir. Və ümid edirəm ki, gələcəkdə Barezi, Maldini, Nesta, Kannavaro səviyyəsinə yüksələcək bir çox müdafiəçilər bizi kumir hesab edəcəklər. Bu o demək olacaq ki, biz çox şey əldə etmişik.

Uşaq olanda, top dalınca qaçanda, “Yuve”nin formasını geyinməyi xəyal edirsən. Buna 500 dəfə nail olmaq “Yuve”nin tarixinə düşmək deməkdir və bunlar heyrətamiz emosiyalardır.

Bu formanı geyinmək 12 il yuxuda yaşamaq kimi idi. Meydançaya çıxmaq arzusu olan o uşaq həmişə içimdə olacaq”.

Bonuççinin “Yuventus”la müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.

Aut.az

Exit mobile version