“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker komanda yoldaşı İlkay Gündoğanın performansını dəyərləndirib.
Aut.az xəbər verir ki, Uoker İlkayı Zinəddin Zidanla müqayisə edib.
“Tvitter”də bir neçə yazı gördüm və Gündoğana zarafatla dedim ki, son bir neçə ay ərzində o, daha yaxşı formada olan Zidana çevrilib.
Bəzən nə vaxt parlayacağın bəlli olmur. İlkay bunu bu mövsümün son hissəsində edir”, – Kayl Uoker bildirib.
İlkay Gündoğan Premyer Liqada mövsümün 30 oyununda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Aut.az