AUT.AZ

Azərbaycan çempionatında ikinci finalçı da bəlli oldu

Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində NTD və “Gəncə” komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

Aut.az xəbər verir ki, iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda “Gəncə” basketbolçuları 106-103 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə yarımfinal seriyasını 2-1 hesabı ilə qalib tamamlayan “Gəncə” basketbolçuları finala vəsiqə qazanıblar. Final seriyasında onların rəqibi “Sabah” kollektivi olacaq.

Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), “Gəncə”dən Cared Smol (21 xal, 8 ribaund) olublar.

Exit mobile version