AUT.AZ

4 ayrılıq – RƏSMİ

İngiltərənin “Liverpul” klubu klubu mövsümün sonunda 4 futbolçu ilə yollarını ayıracaq.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə yola davam etməyəcək. Məlumatı klubun rəsmi saytı yayıb. Bu futbolçuların yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Mersisayd təmsilçisi yollarını ayırdığı oyunçuların hər birinə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Exit mobile version