AUT.AZ

Yığmanın qapıçısında xərçəng aşkarlandı

Avstriya yığmasının qapıçısı Haynts Lindnerdə xərçəng xəstəliyi aşkarlanıb.

Aut.az xəbər verir ki, bu barədə Lidnerd özü məlumat verib.  İsveçrə “Sion”unda çıxış edən 32 yaşlı qolkiper diaqnoz səbəbindən karyerasına fasilə verib.

Lindner sosial şəbəkədə problemin ilkin mərhələdə müəyyən edildiyi üçün artıq əməliyyat olunduğunu bildirib.

Lindner səhhətində yaranan problemlərə görə Avstriya millisinin Avro-2024-ün seçmə mərhələsində Belçika (17 iyun) və İsveç (20 iyun) ilə qarşıdakı oyunlarını buraxacaq.

O, Avstriya millisində 36 oyun keçirib. Qeyd edək ki, Avstriya Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.

Aut.az

Exit mobile version