AUT.AZ

UEFA qalmaqallı oyuna görə AFFA-nı da cərimələdi

UEFA AVRO-2024-ün seçmə mərhələsində İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş oyunda baş verənlərə görə AFFA-nı cərimələyib.

Autaz xəbər verir ki, buna sözügedən qarşılaşmada azərbaycanlı azarkeşlərin davranışları səbəb olub.

Milli assosiasiya fanatların meydana yad əşya atmalarına görə 10 000 avro, matçın oynanıldığı “Friends Arena”ya dəymiş ziyana görə isə 5 000 avro cərimə olunub.

Bundan başqa, UEFA-nın göstərişinə əsasən, AFFA stadionla bağlı zərəri də qarşılamalıdır.

Qeyd edək ki, UEFA həmin qarşılaşmada ermənilərin törətdiyi təxribatlara görə İsveçi də 5 000 avro cərimələyib.

İsveç – Azərbaycan matçı millimizin 0:5 hesablı məğlubiyyəti ilə nəticələnib.

Exit mobile version