AUT.AZ

Mahir Emreli oynadı?

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” səfərdə “Alanyaspor”un qonağı olub. Qarşılaşma konyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçı start heyətdə başlayıb. O, 64-cü dəqiqədə Mame Diufla əvəzlənib.

Xallarını 49-a yüksəldən “Konyaspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Exit mobile version