İspaniya

Hamı bir-bir aradan çıxır – O da getdi

Yordi Kroyff iyunun 30-da “Barselona”nın idman direktoru vəzifəsini tərk edəcək.

Kataloniya klubu Kroyffun iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməyəcəyini rəsmən açıqlayıb. Funksioner “Barselona” prezidenti Joan Laporta ilə görüşərək yeni bir çağırışa başlamaq istədiyini bildirib.

Bildirilir ki, rəsmi gedişinə baxmayaraq, Kroyff yay transfer kampaniyası zamanı kluba dəstək olmaq və bütün lazımi sövdələşmələrin bağlanmasına kömək etmək niyyətindədir.

Daha əvvəl Mateu Alemaninin də “Barselona”nın direktoru vəzifəsindən getdiyi açıqlanmışdı.

Aut.az