AUT.AZ

Bəxtin olanda da belə olsun: 8 dəqiqəyə “qızıl” aldı

“Barselona”nın İspaniya çempionluğundan Pyer- Emerik Obameyanqa da pay düşəcək.

Aut.az xəbər verir ki, Obameyanqa da qızıl medal veriləcək.  O, 2021/22 mövsümündə “Barselona”nın heyətində 17 oyunda 11 qol vursa da, 2022/23 mövsümündə La Liqanın ilk turunda “Rayo Valyekano”ya qarşı matçda cəmi 8 dəqiqə oynayıb, bundan sonra isə “Çelsi”yə keçib.

33 yaşlı Obameyanq əvvəllər Fransa Liqa Kubokunu, Almaniya Kubokunu və Super Kubokunu, həmçinin İngiltərə Kuboku və Super Kubokunu qazansa da, ilk dəfə ölkə çempionu olub.

Aut.az

Exit mobile version