AUT.AZ

Asif Məmmədovu Türkiyəyə apardılar, əməliyyat olundu – FOTO

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən “Turan Tovuz”la oyunun (1:2) sonlarında zədələnən “Qəbələ”nin futbolçusu Asif Məmmədovun son durumu bəlli olub.

Axil vətəri qopduğu üçün Türkiyəyə aparılan 36 yaşlı futbolçu orada əməliyyat olunub. Bu barədə Aut.az-a Məmmədovun özü məlumat verib.

Asifin sözlərinə görə, meydana qayıtması üçün ona ən azı 2-3 ay vaxt lazım olacaq.

Qeyd edək ki, Asif Məmmədovun “Qəbələ” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Aut.az

Exit mobile version