AUT.AZ

Əvvəl kloun adlandırdı, sonra da…

Çempionlar Liqasının ilk yarımfinal mərhələsinin “Milan” – “İnter” matçında mübahisəli epizod yaşanıb.

Aut.az xəbər verir ki, Lautaro Martines cərimə meydançasında yığılıb və hakim penalti təyin edib. Amma daha sonra VAR-ın müdaxiləsindən sonra qərarını ləğv edib. “CBS Sports” studiyasında bu anın müzakirəsi zamanı Ceymi Karrager burada penalti olduğuna inananları kloun adlandırıb.

Epizodu penalti kimi dəyərləndirənlər arasında “Liverpul”un əfsanəsi Stiven Cerrard da var idi. Bundan hali olan Karrager daha sonra əlavə edib: “Rio Ferdinandı təlxək adlandırmaqdan məmnunam!” Məsələ burasındadır ki, “Yunayted”in keçmiş müdafiəçisi Stiv Makmanamanla birlikdə bu matçı şərh edib və o da hesab edib ki, həmin epizodda penalti var idi.

Bu gün Rio Ferdinand baş verənlərlə bağlı fikirlərini bölüşüb: “Hər dəfə onu (Karrageri) görəndə onu qucaqlayıram. Onun niyə belə düşmənçilik etdiyini başa düşmürəm. Bir-birimizi görürük, hər şey yaxşıdır. Biz İngiltərə yığmasında oynayanda o, mənim butslarımı geyinirdi, digər əşyalarımdan da istifadə edirdi. Mənə həmişə sevgi göstərib. Onunla görüşəndə, sadəcə olaraq, bu münasibəti yenidən nəzərdən keçirməliyəm!” Carrager Rionun müraciətinə pianoçu Riçard Kizin məşhur deyimi ilə cavab verib: “Bu, sadəcə bir zarafat idi.”

Aut.az

Exit mobile version