AUT.AZ

Əfsanə gəlir, iki vəzifəni tutacaq

“Barselona”da bir neçə funksionerin mövsümün sonunda komandanı tərk edəcəyi haqda məlumat vermişdik.

Baş direktor Mateu Alemani “Aston Villa”ya gedir. Futbol direktoru Yordi Kroyf isə yeni çağırışlar üçün ayrılmaq istədiyini bildirib.

Aut.az “The Athletic”ə istinadən bildirir ki, “Barsa” artıq onların yerinə kadr tapıb. Hər iki funksionerin vəzifəsi klubun sabiq futbolçu Dekuya həvalə olunacaq.

45 yaşlı əfsanəvi portuqaliyalı karyerasını bitirdikdən sonra futbol agenti kimi çalışıb. O, “Barselona”nın vingeri Rafinyanın hüquqlarını təmsil edir.

Aut.az

Exit mobile version