AUT.AZ

Xəbər çatdırdılar: Özünə yeni klub axtar

“Real”,  müdafiəçisi Ferland Mendiyə mövsümün sonunda komandadan ayrıla biləcəyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı SPORF yayıb.

Bildirilir ki, rəhbərlik ona yeni klub axtara biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Mendi 2019-cu ilin yayında 48 milyon avroya “Lion”dan “Real”a keçib. O vaxtdan bəri 27 yaşlı fransız Madrid klubunun heyətində 131 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Şayiələrə görə, “Arsenal” Mendinin xidmətində maraqlıdır.

Aut.az

 

Exit mobile version