AUT.AZ

Telefonu oğurlanan gənc fanat üçün pul topladılar

Fransanın “Marsel” klubunun azarkeşləri “Anje” ilə “Velodrom” stadionunda keçirilmiş oyun (3:1) oyun zamanı mobil telefonu oğurlanan gənc fanat üçün pul yığıblar.

Aut.az xəbər verir ki, tərəfdarlar zərərçəkmişə yeni telefon hədiyyə edəcəklər.

İddiaya görə, bunun üçün kifayət qədər böyük məbləğ toplanıb. Bildirilib ki, həmin pula 2-3 telefon almaq olar.

Qeyd edək ki, “Marsel” 35 turdan sonra 73 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Exit mobile version