AUT.AZ

“Mançester Siti” – “Real” oyununun hakimləri bilindi

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində İngiltərədə keçiriləcək “Mançester Siti” – “Real” matçının hakimləri açıqlanıb.

Aut.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Pavel Sokolniçi və Tomaş Listkeviş kömək edəcəklər. Dördüncü hakim funksiyasını İştvan Kovaç yerinə yetirəcək.

Oyun mayın 17-də baş tutacaq. Komandalar arasında Madriddə keçirilən ilk oyunda qalib müəyyənləşməyib.

Exit mobile version