AUT.AZ

Döyüşdə yaralanan azarkeşi ziyarət etdi – FOTO

Donetsk “Şaxtyor”unun ukraynalı müdafiəçisi Yaroslav Rakitski Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgəri Nikita Stetsyuraya xəstəxanada baş çəkib.

Aut.az xəbər verir ki, Nikita Stetsyura Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının döyüşçüsü, “Şaxtyor”un azarkeş hərəkatının nümayəndəsidir.

Nikita doğma Baxmut şəhərini müdafiə edərkən ağır yaralanmışdı və hazırda reabilitasiyadan keçir.

Rakitski Nikitanı xəstəxanada ziyarət edib, ona “Şaxtyor”un formasını və avadanlıqlar hədiyyə edib. Həmçinin döyüşçünün sonrakı müalicəsi və tam reabilitasiyası üçün lazım olan dəstəyi göstərib.

Exit mobile version