AUT.AZ

“Tipik Fransa” qışqırırmış – FOTO

Əşrəf Hakimi “Ayaçço” ilə qarşılaşmada qol vurdu, sonra əlbəyaxa davada iştirak etdiyi üçün birbaşa qırmızı vərəqə aldı. Hətta rəqiblərdən birinə yumruq vurmağa cəhd etdi.

Aut.az xəbər verir ki, mərakeşli paltardəyişmə otağına gedərkən kameralar onu izləyib.  Canal+-ın məlumatına görə, Hakimi əsəbiləşərək qışqırıb: “Tipik Fransa!”

2022-ci il dünya çempionatının yarımfinalçısı üçün son aylar ümumiyyətlə çətin keçib. Əvvəlcə onu zorlamada ittiham etdilər, bunun fonunda həyat yoldaşı oyunçudan boşanmaq üçün məhkəməyə müraciət etdi.

İndi Parisdə Hakiminin Kilian Mbappeyə pis təsir etdiyi barədə söz-söhbət yayılıb. Bildirilir ki, yayda onu satacaqlar.

Bütün bunlar müdafiəçinin oyun keyfiyyətinə təsir edir. Üstəlik, “Ayaçço” ilə oyunda o, ardıcıl olaraq ikinci dəfə qırmızı vərəqə alıb.

Aut.az

Exit mobile version