AUT.AZ

Stadiondan Suaresə zəng etdi, Messini göstərdi – FOTO

PSJ Liqa 1-in 35-ci turunda “Ayaçço”nu darmadağın edib (5:0).

Zədə səbəbindən matçı buraxan Neymar oyunu tribunadan izləyib. Aut.az xəbər verir ki, Neymar matç zamanı “Barselona”da sabiq komanda yoldaşı Luis Suareslə videobağlantı vasitəsilə əlaqə saxlayıb.

O, videobağlantıdan çəkilən şəkli sosial şəbəkədə paylaşıb və belə yazıb: “Dostumuz Leo Messiyə birlikdə baxırıq”.

Qeyd edək ki, Messi Səudiyyə Ərəbistanı səfərdən sonra məşqdən və oyunlardan kənarlaşdırılmışdı. O, bağışlandıqdan sonra ilk dəfə “Ayaçço” ilə oyunda meydana çıxıb.

Aut.az

Exit mobile version