AUT.AZ

Son 60 ildə birinci futbolçudur ki…

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-də “Ayaçço” ilə oyunda (5:0) dubl edib. Fransa çempionatının cari mövsümündə Mbappenin hesabında 26 qol var.

Aut.az xəbər verir ki, Mbappe karyerasında dördüncü dəfə Liqa 1 mövsümündə 25+ qol həddinə çatıb. O, İkinci Dünya Müharibəsindən sonra bu nailiyyəti əldə edən ikinci fransız olub. Mbappeyə qədər 1953-1960-cı illərdə Paris “Rasinq”ində yüksək performans göstərən Tade Sizovski bu göstəriciyə nail olmuşdu.

Mbappe 2021/22 mövsümünü 28, 2020/21 mövsümünü 27, 2018/19 mövsümünü isə 33 qolla başa vurub.

Aut.az

Exit mobile version