AUT.AZ

Ser Aleks ondan niyə üzr istəyib?

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole-Qunnar Sulşer əfsanəvi Aleks Ferqyusonun ondan üzr istəməsi haqda danışıb.

Aut.az xəbər verir ki, Sulşer Kriştiano Ronaldonu ehtiyatda saxlayıb və buna görə də , Ferqyuson onu kəskin tənqid edib. Amma daha sonra ser Aleks ondan üzr istəyib.

“Bu, Aleks Ferqyusonun məndən üzr istədiyi yeganə faktdır. r Ferqyuson mənə zəng edib üzr istədi, çünki bu işin nə qədər  çətin olduğunu bilir. Sabiq baş məşqçilər sizə məsləhət vermədən “Mançester Yunayted”in baş məşqçisi olmaq kifayət qədər çətindir”, – deyə “The Athletic” Sulşerdən istinad gətirib.

Aut.az  

 

Exit mobile version