AUT.AZ

Rusiyaya qayıdır?

“Trabzonspor”un yarımmüdafiəçisi Yusuf Yazıçının karyerasını Rusiyada davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə danışan onun təmsilçisi Adem Çebeci Rusiyaya qayıtmaq variantını istisna etməyib.

“Yusufin yayda Rusiyaya qayıtması mümkündür. Niyə də yox? Burada keçirdiyimiz vaxtla bağlı çox gözəl xatirələrimiz var. Ona görə də istənilən təklifi nəzərdən keçirəcəyik”, – Çebedci Sport24-ün müxbiri Anastasiya Draqomirə müsahibəsində deyib.

Yazıcı 2021/22 mövsümünün ikinci yarısında ÇSKA-nın heyətində çıxış edib. Futbolçu ordu klubunun tərkibində 12 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version