AUT.AZ

Quliyev və Sadıqov oynadı?

Rusiya Premyer Liqasında 27-ci turun matçları keçirilib.

Aut.az xəbər verir ki, Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” növbəti oyununu oynayıb.

Adıçəkilən klub “Spartak”la (Moskva) qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Ayaz Quliyev meydana start heyətində çıxıb və 88-ci dəqiqədə Sadıqovla əvəzlənib.

“Ximki” 27 turdan sonra 18 xalla 15-ci pillədədir.

Exit mobile version