AUT.AZ

Qiymət oxudular və söz verdilər ki…

“Fiorentina” “Barselona”nın maraq dairəsində olan Sofyan Amrabatın qiymətini açıqlayıb.

Aut.az xəbər verir ki, Florensiya klubu yayda Mərakeş millisinin 26 yaşlı yarımmüdafiəçisi üçün 20-25 milyon avro almaq niyyətindədir. Bu barədə “Relevo”nun jurnalisti Toni Xuanmarti məlumat yayıb.

Amrabatın “Fiorentina” ilə müqaviləsi 2024-cü ilin yayına kimi hesablanıb, lakin müqavilənin bir il uzadılması variantı var.

İtaliya komandasının rəhbərliyi mövsümün sonunda “Barsa”ya keçmək üçün Sofyana köməklik edəcəyinə söz verib.

Bu mövsüm Amrabat 45 oyun keçirib, 1 məhsuldar ötürmə edib və 15 sarı vərəqə alıb.

Aut.az

Exit mobile version