AUT.AZ

“Qarabağ”dan “Qalatasaray”a: “İndi sıra sizdədir”

Bu gün “Qalatasaray”ın “Qarabağ”ı 10-cu çempionluğu münasibətilə təbrik etdiyi barədə melumat vermişdik.

Aut.az xəbər verir ki, son ölkə çempionumuz sosial şəbəkə hesabı vasitəsilə “Qalatasaray”ın təbrikinə cavab verib. Paylaşımda “Təşəkkürlər “Qalatasaray”, indi sıra sizdədir” yazılıb.

İki klub arasında dostluq mart ayında daha da möhkəmlənmişdi. Belə ki, həmin vaxt “Qalatasaray” və “Qarabağ” arasında Bakıda xeyriyyə məqsədilə matç keçirilmişdi. Türkiyə təmsilçisi həmin oyunda 2:1 hesabıyla qələbə qazanmışdı.

Exit mobile version