AUT.AZ

Qalmaqalı: Bu futbolçular meydana çıxmaqdan imtina etdilər

“Tuluza”nın 4 futbolçusu Liqa 1-in 35-ci turunda “Nant”a qarşı oyunda LGBT icmasına dəstək aksiyasına görə meydana çıxmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “La Depeche” məlumat yayıb.

Aksiya çərçivəsində Fransanın ən yüksək iki divizionunda bu həftəsonu komandalar  LGBT simvolu olan formalarda meydana çıxmalıdırlar.

“Tuluza”nın bir neçə  futbolçusu şənbə günü klub rəhbərliyinə şəxsi əqidələrinə görə kampaniyada iştirak etmək niyyətində olmadıqlarını və meydana daxil olmaqdan imtina etdiklərini bildiriblər. Onların arasında mərakeşli hücumçu Zakaria Abuhlial, malili müdafiəçi Musa Diarra, əlcəzairli yarımmüdafiəçi Fares Şaibi, Kabo Verde millisinin müdafiəçisi Loqan Kosta və Bosniya kökənli niderlandlı hücumçu Said Hamuliç də var.

“Tuluza” – “Nant” oyunu bu gün – mayın 14-də keçiriləcək.

Aut.az 

Exit mobile version